...

Avrozonada inflyasiyanın səviyyəsi açıqlanıb

Dünya xəbərləri Materials 12 Fevral 2024 06:30 (UTC +04:00)

Bakı. Trend:

Yanvar ayında Avrozonada inflyasiya səviyyəsi 2,8 faiz təşkil edib.

Trend xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, ötən ay Avrozonada istehlak qiymətləri indeksi illik müqayisədə 2,8 faizə düşüb.

Yanvarda ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində 5,7 faiz artım olub. İnflyasiya xidmət sektorunda 4 faiz, enerjidən başqa digər məhsullarda 2 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti