...

Türkiyədə üç mütəşəkkil cinayətkar dəstə məhv edilib: rəhbərləri həbs olundu

Dünya xəbərləri Materials 15 Fevral 2024 13:48 (UTC +04:00)
Türkiyədə üç mütəşəkkil cinayətkar dəstə məhv edilib: rəhbərləri həbs olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində eyni vaxtda keçirilən “KAFES-40” əməliyyatları zamanı üç ayrı mütəşəkkil cinayətkar dəstə məhv edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

Onun sözlərinə görə, qruplaşma liderləri Emre Özcan, Önder Küçük və Sergen Solak saxlanılıb.

Keçirilən əməliyyatlar zamanı, həmçinin 24 şübhəli ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti