Bakı. Trend:
60-cı Münhen Təhlükəsizlik Konfransında Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edəcək.
Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Kalın konfransda həmkarları ilə kəşfiyyat diplomatiyası çərçivəsində ikitərəfli təmaslar keçirəcək.
Görüşlərdə regional və qlobal məsələlər, terrorizmlə mübarizə, Qəzza zolağındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət, kiber və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq.