...

Ermənistanda eks-nazir ev dustaqlığına məhkum olunub

Dünya xəbərləri Materials 16 Fevral 2024 14:47 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda antikorrupsiya məhkəməsi keçmiş iqtisadiyyat naziri Vahan Kerobyanın 2 ay müddətinə ev dustaqlığına məhkum olunması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Belə ki, sabiq nazirin evdən çıxması, kimisə qəbul etməsi və ya kənar şəxslərlə ünsiyyətdə olması qadağandır. Kerobyanın həmçinin, fövqəladə hallarda təcili yardım, hüquq-mühafizə orqanları və xilasetmə xidmətinə zəng etmək istisna olmaqla, hər hansı yazışma və telefon danışıqları aparmasına, yaxud digər kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulub.

Xatırladaq ki, ötən gün Vahan Kerobyan özünün "Facebook" səhifəsində iqtisadiyyat naziri vəzifəsindən istefa verdiyini yazıb.

Qeyd edək ki, Ermənistanın güc strukturları İqtisadiyyat Nazirliyində korrupsiya faktı üzrə cinayət işi açıb və Kerobyanın müavinlərindən birini saxlayıblar. Daha sonra məhkəmə şübhəli şəxsi ev həbsinə göndərib. Kerobyan güc strukturlarının tədbirlərinə ictimai şəkildə narazılıq bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti