...

Bolqarıstanın baş naziri istefa verəcək

Dünya xəbərləri Materials 18 Fevral 2024 20:38 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanın Baş naziri Nikolay Denkov martın 6-da əvvəl razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Münxen Təhlükəsizlik Konfransından qayıdarkən deyib.

"Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək", - deyə o bildirib.

N.Denkov qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti