...

Amerikalı hərbçi İsrail səfirliyinin qarşısında özünü yandırıb

Dünya xəbərləri Materials 26 Fevral 2024 14:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbçisi fevralın 25-də Vaşinqtondakı İsrail səfirliyinin qarşısında özünü yandırıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, amerikalı hərbçi Qəzza zolağındakı müharibəyə etiraz əlaməti olaraq özünü yandırıb.

ABŞ Hərbi Hava Qüvvələri özünü yandıran şəxsin həqiqi xidmətdə olan hərbi pilot olduğunu təsdiqləyib. Kritik vəziyyətdə olan hərbçi xəstəxanaya çatdırılıb.

"Mən artıq soyqırımın iştirakçısı olmayacağam", - özünü yandıran hərbçi internetdə canlı yayımladığı videoda bildirib.

Amerikalının uniforma ilə "Fələstinə Azadlıq" qışqırması və İsraili Qəzzada soyqırımı törətməkdə ittiham etməsi bildirilir.

Hazırda ABŞ polisi və Məxfi Xidməti hadisəni araşdırır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti