...

İranda keçirilən seçkilərdə seçici fəallığı açıqlanıb

Dünya xəbərləri Materials 4 Mart 2024 17:10 (UTC +04:00)
İranda keçirilən seçkilərdə seçici fəallığı açıqlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərində səsvermədə 25 milyon nəfər iştirak edib.

Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi bu gün (4 mart) keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkilərdə etibarsız səslərin sayı 5% təşkil edib.

İranlı nazir deyib ki, İranda 245 namizəd deputat mandatını qazanıb. 45 deputat isə gələn İran ilinin 2-ci ayında (20 aprel-20 may 2024) keçiriləcək seçkilərin 2-ci turunda seçiləcək. Seçilən deputatların 11 nəfəri qadındır.

Qeyd edək ki, İranda 1 martda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkiləri keçirilib.
Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olub. İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparıb.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti