...

Perunun baş naziri qalmaqal fonunda istefa verib

Dünya xəbərləri Materials 6 Mart 2024 06:57 (UTC +04:00)

Bakı. Trend:

Peru Nazirlər Şurasının sədri Alberto Otarola Baş Prokurorluğun ona qarşı qohumbazlıqda şübhəli bilinərək ilkin istintaqa başlamasından sonra istefa verib.

Trend-in məlumatına görə, bu barədə A.Otarola mətbuat konfransı zamanı deyib.

"Bu gün respublika Prezidenti ilə söhbət zamanı mən ona Nazirlər Şurasının sədri vəzifəsindən istefa vermək qərarım barədə məlumat verdim", - deyə o bildirib.

Onun sözlərinə görə, o, bu qərarı ona görə verib ki, dövlət başçısı Dina Boluarte hökumətdə kadr dəyişikliyi aparsın. A.Otarola yenə də özünün təqsirli olmadığını bildirib. "İşə qəbulla bağlı heç bir qanun pozuntusu, sövdələşmə və ya tərəfkeşlik olmayıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti