...

İtaliya Avropanın ən böyük sualtı tunelini inşa edəcək

Dünya xəbərləri Materials 13 Mart 2024 06:02 (UTC +04:00)
İtaliya Avropanın ən böyük sualtı tunelini inşa edəcək

Bakı. Trend:

İtaliya, Qərbi və Şərqi Genuyanı birləşdirəcək və Avropada ən böyük sayılacaq sualtı tunelini inşa etməyə hazırlaşır. Tunelin işə düşməsi Genuyanı ekologiyasına töhfə verəcək, çünki şəhərdə 10 hektaradək yaşıl sahə salınacaq.

Trend-in məlumatına görə, tunelin tikintisi liman şəhərinin nəqliyyat sisteminin tam yenidən qurulmasının da əsasını qoyacaq.

İtaliya hökumətinin məlumatına əsasən, uzunluğu 3,4 kilometr olacaq tunel 45 metr dərinlikdə çəkiləcək. Diametri təxminən 16 metrə çatacaq və dünyada dördüncü ən böyük tunel olacaq. Onun tikintisi üçün 1 milyard avro ayrılacaq. Layihənin məsul şəxslərinin sözlərinə görə, işlərin 2029-cu ildə başa çatdırılması planlaşdırılır.

Tunelin inşası nəticəsində 5 mindən çox yeni iş yeri yaranacaq və istismara verilməsi vətəndaşlara hər il səyahətə bir milyon saatdan çox qənaət etməyə və ətraf mühitə mənfi təsirləri azaltmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti