Bakı. Trend:
Boliviya hüquq-mühafizə orqanları cinayətkarların Avropaya göndərməyi planlaşdırdıqları 7,2 ton kokain partiyasını müsadirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Boliviyanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi bölməsi məlumat yayıb.
Boliviyanın daxili işlər naziri Karlos del Kastilon qeyd edib ki, bu, ölkə tarixində müsadirə edilmiş ikinci ən böyük kokain göndərişidir. Cinayətkarlar narkotikləri metal qırıntılarla yüklənmiş maşınlarda daşıyıblar. Yük Çilinin İkike limanına gətiriləcək və oradan da Belçikaya çatdırılacaqdı.
Hüquq-mühafizə orqanları kokainin dəyərini 451 milyon dollar qiymətləndirir.