Bakı. Trend:
Şimali Koreya hakimiyyəti yeni tipli hipersəs ballistik raketinin uğurlu sınaqdan keçirildiyini bildirdi.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi xəbər verib.
"Şimali Koreya çərşənbə axşamı yeni "Hwasong-16" hipersəs raketini uğurla sınaqdan keçirdiyini bildirib", - deyə qeyd olunub.
Koreya Mərkəzi Teleqraf Agenetliyi bildirib ki, Şimali Koreya lideri Kim Çen In aprelin 2-də yeni "Hwasong-16B" orta və uzun mənzilli bərk yanacaqlı ballistik raketin ilk sınaq buraxılışına yerində nəzarət edib.