...

Yanvar-mart aylarında Türkiyənin Azərbaycana mebel ixracı 30 milyon dollara çatıb

Dünya xəbərləri Materials 9 Aprel 2024 15:55 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Azərbaycana mebel ixracı 30 milyon dollara çatıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana mebel, kağız və meşə məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 29,4 faiz azalaraq, 28,5 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Azərbaycana 10 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 38 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına mebel, kağız və meşə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq, 1,9 milyard dollara çatıb.

Bu ilin mart ayında Türkiyə 678,7 milyon dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 8 milyard dollar məbləğində mebel, kağız və meşə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti