...

Türkiyədə "Qalxan-19" əməliyyatı: 1177 immiqrant saxlanılıb

Dünya xəbərləri Materials 12 Aprel 2024 13:13 (UTC +04:00)
Türkiyədə "Qalxan-19" əməliyyatı: 1177 immiqrant saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə son 5 gün ərzində 30 şəhərdə keçirilən “Qalxan-19” əməliyyatları çərçivəsində 1177 immiqrant saxlanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" platformasında paylaşım edib.

O qeyd edib ki, Türkiyənin hər bir bölgəsində qətiyyətlə həyata keçirilən əməliyyatlar nizamsız miqrasiyanın və immiqrant qaçaqmalçılığının qarşısının alınması üçün fasiləsiz olaraq davam edəcək.

"Ölkəmizi qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit marşrutuna çevirməyə çalışan immiqrant qaçaqmalçılarına heç vaxt imkan verməyəcəyik", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti