...

Aİ-nin fövqəladə sammitində Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq

Dünya xəbərləri Materials 14 Aprel 2024 22:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərliyi aprelin 17-18-də keçiriləcək fövqəladə Aİ sammiti zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsində yazıb.

"Yaxın Şərqdəki, o cümlədən Livandakı vəziyyət gələn həftə Avropa Şurasında müzakirə olunacaq", - deyə o qeyd edib.

Ş.Mişel bunu İranın İsrailə zərbələri ilə bağlı G7-yə sədrlik edən İtaliyanın təşkil etdiyi G7 liderlərinin videokonfransından sonra bildirib.

Onun sözlərinə görə, iclas iştirakçıları “İranın İsrailə misli görünməmiş hücumunu yekdilliklə pisləyiblər”. “Bütün tərəflər təmkinlik nümayiş etdirməlidirlər, biz gərginliyi azaltmaq üçün bütün səylərimizi davam etdirəcəyik”, - deyə Avropa Şurasının rəhbəri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti