Bakı. Trend:
Gürcüstan prezidenti Salome Zurabişvili bu ilin oktyabr ayında ölkədə keçiriləcək parlament seçkilərində Avropayönümlü cəhbəyə rəhbərlik edəcəyini bildirib.
Trend xəbər verir ki, Zurabişvili bu barədə "CNN" telekanalının efirində deyib.
"Mən bunu birbaşa seçkilərdə iştirak etməklə deyil, siyasi partiyaların və vətəndaş cəmiyyətinin qərbyönümlü, Avropayönümlü cəhbəsinin təminatçısı olaraq edəcəyəm", - deyə Zurabişvili qeyd edib.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.
Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyacağını bildirib.