...

Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb

Dünya xəbərləri Materials 15 May 2024 22:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.

Trend xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir.

Xatırladaq ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd edən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti