Bakı. Trend:
Ermənistanda Rusiyanın “Birinci kanal"ının yayımı bərpa olunub.
Trend xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan parlamentdə çıxışında deyib.
Onun sözlərinə görə, kanal borcunu ödədiyi üçün yayımındakı məhdudiyyət aradan qaldırılıb.
Qeyd edək ki, mayın 28-də Ermənistanda Rusiyanın "Birinci kanal"ının yayımı borc səbəbindən dayandırılıb.