Bakı. Trend:
ABŞ iyunun 4 və 6-da Minuteman III qitələrarası ballistik raketlərinin iki sınaq buraxılışını keçirəcək.
Trend-in məlumatına görə, bu barədə ölkənin Kosmik Qüvvələrin Komandanlığı bildirib.
Məlumata əsasən, buraxılış Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçiriləcək. Bildirilib ki, ABŞ qarşıdakı buraxılışlar barədə Rusiyanı əvvəlcədən xəbərdar edib.
ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı qeyd edib ki, planlaşdırılan sınaqların məqsədi Amerika nüvə müqavimət qüvvələrinin hazırlığını və effektivliyini yoxlamaqdır.