...

Türkiyədə əməliyyat keçirildi: 4 mütəşəkkil cinayətkar dəstənin başçısı saxlanıldı

Dünya xəbərləri Materials 8 İyun 2024 12:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyəsi və çirkli pulların yuyulmasında şübhəli bilinən 4 ayrı mütəşəkkil cinayətkar dəstəyə qarşı "KUYU-4" əməliyyatı keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Məlumata görə, mütəşəkkil cinayətkar dəstələrin rəhbərləri saxlanılıb. Saxlanılan şəxslərin Türkiyədə və onun hüdudlarından kənarda həyata keçirilən əməliyyatlar çərçivəsində əldə olunan toplam 3 ton 367 kq narkotik vasitəyə görə məsuliyyət daşıdığı müəyyən edilib.

Bundan başqa, "KUYU-4" əməliyyatı çərçivəsində sözügedən mütəşəkkil cinayətkar dəstələrin 62 üzvü də saxlanılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti