...

NATO-nun baş katibi Avropa və Kanadada müdafiə xərclərinin artdığını bildirib

Dünya xəbərləri Materials 18 İyun 2024 04:53 (UTC +04:00)

Bakı. Trend:

NATO-ya üzv olan Avropa ölkələri və Kanadanın müdafiə xərcləri 2024-cü ildə 18% artacaq.

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşü zamanı deyib.

"Avropa və Kanadada NATO müttəfiqlərimiz bu il müdafiə xərclərini 18% artırır. Bu, son onilliklərin ən böyük artımıdır", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, 23 müttəfiq bu il ÜDM-in 2%-i və ya daha çoxunu müdafiəyə xərcləyəcək.

"Bu, Avropa müttəfiqlərinin və Kanadanın həqiqətən də fəallaşdığını və NATO ittifaqında hamımızı qorumaq üçün ortaq məsuliyyəti öz üzərinə götürdüyünü nümayiş etdirir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti