...

Yəmən sahillərində naməlum şəxslər gəmiyə hücum ediblər

Dünya xəbərləri Materials 22 İyun 2024 01:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmən sahillərində naməlum şəxslər gəmiyə hücum ediblər.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Yükdaşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) bildirib.

"UKMTO Yəmənin Aden şəhərindən 126 dəniz mili şərqində [Ədən körfəzində] bir hadisə barədə bildiriş aldı. Hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - deyə bildirilib.

Məlumata əsasən, hadisə ilə bağlı məlumat mərkəzə gəminin kapitanından daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti