...

Venesuelada 6,1 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 23 İyun 2024 09:07 (UTC +04:00)

Bakı. Trend:

Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Karupano şəhərindən 66 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 98 km dərinlikdə yerləşib

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti