...

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Dünya xəbərləri Materials 25 İyun 2024 06:45 (UTC +04:00)

Bakı. Trend:

Kibercinayətkarlar İndoneziyanın milli məlumat emalı mərkəzinin şifrəsini qıraraq 8 milyon dollar tələb ediblər.

Trend-in məlumatına görə, bu barədə “Antara” dövlət informasiya agentliyi ölkənin rabitə naziri Budi Ari Setiadiyə istinadla məlumat yayıb.

Bildirilir ki, avtomatlaşdırılmış maşınların işləməyə davam etməsinə baxmayaraq, hücum ötən həftə hava limanlarında bəzi dövlət xidmətlərinin işini pozub.

Nazir bildirib ki, cinayətkarlar “Lock Bit 3.0” adlı mövcud zərərli proqramın yeni versiyasından istifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti