Bakı. Trend:
Bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 228 milyon dollara çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin may ayında Türkiyənin
ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24
milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard
568 milyon dollar olub.
“Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250
milyard 599 milyon dollara çatıb” – deyə nazirlikdən
bildirilib.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında
Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz
artaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faiz
azalaraq 143 milyard 682 milyon dollara çatıb.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617
milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə
müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5
faiz azalaraq 361 milyard 774 milyon dollar olub.