Bakı. Trend:
Rumıniyanın TAROM aviaşirkətinin uçuş heyətinin üzvlərinin müvəqqəti çatışmazlığı səbəbindən 10 daxili və beynəlxalq reysi ləğv edib.
Trend xarici KİV-lərə xəbər verir ki, bu barədə aviadaşıyıcı məlumat yayıb.
Məlumata görə, Rumıniyanın İaşi və Oradea şəhərlərinə, eləcə də Qahirə, Beyrut, Əmman, İstanbul, Budapeşt, Frankfurt-Mayn, Amsterdam və Parisə uçuşlar ləğv edilib. Bunun "görünməmiş bir vəziyyət" olduğu qeyd edilib.