...

Ukrayna daha bir NATO ölkəsi ilə təhlükəsizlik sazişi imzalayıb

Dünya xəbərləri Materials 11 İyul 2024 20:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski və Rumıniya prezidenti Klaus İohannis iki dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sazişin özəlliyi Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə konkret əməkdaşlıq məsələləridir.

Rumıniya Qara dənizin minalardan təmizlənməsində Ukraynaya yardım edəcək, Aİ və NATO alətləri vasitəsilə dəstək verəcək.

Qeyd edək ki, indiyədək Ukrayna artıq 23 ölkə ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb: Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Hollandiya, Finlandiya, Latviya, İspaniya, Belçika, Portuqaliya, İsveç, İslandiya, Norveç, Yaponiya, ABŞ, Aİ , Estoniya, Litva, Polşa, Lüksemburq və Rumıniya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti