...

İtaliyada anomal istilər - 11 şəhərdə “qırmızı” xəbərdarlıq elan olundu

Dünya xəbərləri Materials 12 İyul 2024 13:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada müşahidə olunan anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 11 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.

Trend xəbər verir ki, Səhiyyə Nazirliyi yüksək risk xəbərdarlığı edib, Roma, Florensiya, Boloniya, Kampobasso, Frozinone, Latina, Perugia, Peskara, Rieti, Trieste və Viterbo şəhərlərində “qırmızı” xəbərdarlıq elan olunub.

Əhalini istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.

Paytaxt Romada havanın temperaturu 40 dərəcəni ötüb, bəzi yerlərdə isə 45-48 dərəcəyə çatacağı gözlənilir.

Meteoroloqlar Afrikadan qaynaqlanan anomal istilərin qarşıdakı günlərdə də davam edəcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti