...

Fransada son 4 ilin ən kasad taxıl yığımı gözlənilir

Dünya xəbərləri Materials 13 İyul 2024 02:04 (UTC +04:00)

Bakı. Trend:

Fransa fermerləri son illərin ən kasad yığımı ilə üzləşməli olacaqlar. Güclü yağışlar, qasırğa, günəşli günlərin azlığı, şiddətli istilər ilk növbədə buğda yığımına mənfi təsir göstərib.

Trend-in məlumatına görə, mütəxəssislər ölkədə taxıl istehsalının orta illik göstəricilərlə müqayisədə 13-20 faiz azalacağını iddia edirlər.

Fransa Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, bu il yumşaq buğda istehsalı 15,4 faiz azalaraq 29,7 milyon tona enəcək ki, bu da 2020-ci ildən bəri ən aşağı göstərici deməkdir.

Buğda yığımının gözlənilən sahəsi 2023-cü ildəki 4,75 milyon hektarla müqayisədə 4,24 milyon hektardır.

Nazirliyin hesablamalarına görə, arpa istehsalı 8 faiz azalaraq 11,29 milyon tona, kanola istehsalı isə 7,7 faiz azalaraq 3,94 milyon tona enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti