...

Banqladeşdə kütləvi etirazlardan sonra şəhərlərə qoşun göndərilib

Dünya xəbərləri Materials 20 İyul 2024 08:09 (UTC +04:00)

Bakı. Trend:

Banqladeş hakimiyyəti komendant saatı başlayandan sonra Dəkkəyə və ölkənin digər şəhərlərinə hərbi hissələrin daxil edildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti xəbər verib.

Məlumata əsasən, Dəkkədə tələbə etirazçılarla polis arasında toqquşmalarda azı 105 nəfər ölüb, onlardan ən azı 55-i. 700-dən çox insan yaralanıb

Banqladeşin baş naziri Şeyx Hasinanın mətbuat katibi Naimul İslam Xanın sözlərinə görə, qoşunlar “asayişin bərpasına kömək etmək” üçün cəlb olunub. "Hökumət komendant saatı tətbiq etmək və mülki hakimiyyət orqanlarına kömək etmək üçün silahlı qüvvələri göndərmək qərarına gəlib", - deyə N.Xan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti