...

Banqladeşdə etirazçılarla qarşıdurmada ən azı 300 polis əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Materials 20 İyul 2024 13:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeşin paytaxtı Dəkkə şəhərində etirazçılarla qarşıdurmada ən azı 300 polis əməkdaşı xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Dəkkə şəhər polisinin nümayəndəsi Faruk Hüseyn jurnalistlərə deyib.

Onun sözlərinə görə, polislə yüzlərlə etirazçı arasında qarşıdurma olub.

"Ən azı 150 polis əməkdaşı xəstəxanaya yerləşdirilib, daha 150-nə ilkin tibbi yardım göstərilib", - Hüseyn deyib.

Qeyd edək ki, Banqladeşdə tələbələrlə polis arasında toqquşmalar davam edir. Ölkədə etirazlar bu ayın əvvəlində özəl və dövlət universitetlərinin yüzlərlə tələbəsinin 1971-ci ildə baş verən müstəqillik müharibəsinin iştirakçılarının qohumları üçün işə qəbul kvotalarına qarşı çıxmasından sonra başlayıb.

Ölkə hakimiyyəti komendant saatı elan edib, mobil internetin işini və sosial şəbəkələrə çıxışı məhdudlaşdırıb. Ölkədəki bütün universitet və kolleclər qeyri-müəyyən müddətə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti