Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hilari Klinton ölkədə keçiriləcək prezident seçkilərində Kamala Harrisin namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.
Trend xəbər verir ki, Klintonlar bu barədə "X" platformasında açıqlama ediblər.
"Biz prezident Baydenlə birlikdə vitse-prezident Harrisin dövlət başçısı postuna namizədliyini dəstəkləyirik. Onu dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırıq", - Klintonların açıqmasında deyilir.
Klintonlar həmçinin, ABŞ prezidenti Co Baydenə Ağ Evdə gördüyü işlərə görə minnətdarlıq ediblər.
Xatırladaq ki, iyulun 21-də ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.