...

Banqladeş polisi son iğtişaşlarda 147 nəfərin öldüyünü bildirib

Dünya xəbərləri Materials 28 İyul 2024 18:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeş Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, son iğtişaşlarda 147 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Əsədüzzaman Xan bildirib.

"Hesablamalarımıza görə, 147 nəfər ölüb", - deyə o qeyd edib.

Qeyd edək ki, Banqladeşdə etirazlar iyulun əvvəlində universitet şəhərciklərindən birində başlayıb. Yələbələr ölkənin 1971-ci il müstəqillik müharibəsi veteranlarının ailə üzvləri üçün iş yerlərinin 30 faizinin kvotalarının geri qaytarılmasına etiraz ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti