Bakı. Trend:
İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.
Trend xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Kabinet üzvləri Baş nazirə və müdafiə nazirinə "Hizbullah" təşkilatına qarşı cavab tədbirləri barədə qərar vermək səlahiyyəti veriblər,” - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Netanyahunun Tel-Əvivdə hərbi-siyasi kabinetin iclasını çağırdığı məlum olub.