...

Ostin 11 sentyabr terrorunda şübhəli bilinənlərlə bağlı razılaşmanı ləğv edib

Dünya xəbərləri Materials 3 Avqust 2024 11:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Loyd Ostin 2001-ci il 11 sentyabr tarixli terror aktında ittiham olunan 3 nəfərlə məhkəməyə qədər razılaşma imzalanmasını ləğv edib.

Trend xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında dərc olunub.

"Səlahiyyətlərimdən istifadə edərək, bununla qeyd olunan iş üzrə 31 iyul 2024-cü il tarixində imzaladığınız üç məhkəməyəqədərki razılaşmadan imtina edirəm", - Ostin hərbi komissiya çağırmağa görə məsul olan Syuzan Eskalyeyə ünvanladığı məktubda deyib.

Qeyd olunub ki, Pentaqon rəhbərinin qərarı dərhal qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti