Bakı. Trend:
Ermənistan Türkiyə ilə sərhəddə yerləşən "Marqara-Əlican" keçid məntəqəsinin ermənilərə məxsus hissəsinin təmirini başa çatdırıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, keçid məntəqəsi üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olan şəxslərə xidmət göstərməyə hazırdır.
Xatərladaq ki, ötən il Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması barədə razılığa gəlib.