Bakı. Trend:
Banqladeş prezidenti Şahabuddin Çuppu keçmiş baş nazir və müxalifət lideri Xalid Ziyanın ev dustaqlığından azad edilməsi barədə göstəriş verib.
Trend-in mlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.
Məlumata əsasən, ölkə prezidenti, həmçinin tələbə etirazlarının iştirakçılarının da həbsdən azad edilməsinə dair göstəriş verib.
Bildirilib ki, prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BMP) sədri Xalid Ziya və tələbə nümayişləri zamanı həbs olunan bütün şəxslərin dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.