Bakı. Trend:
Banqladeşdə müvəqqəti hökumətin andiçmə mərasiminin keçiriləcəyi tarix məlum olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, media qarşısında açıqlama verən ordu komandiri, general Vaker-Uz-Zaman andiçmə mərasiminin 8 avqust tarixində keçiriləcəyini açıqlayıb.
Müvəqqəti hökumətin təyin edilmiş rəhbəri Məhəmməd Yunusun bu tarixdə ölkəyə qayıdacağı gözlənilir.
Vaker-Uz-Zamanın sözlərinə görə, hökumətin tərkibi 15 nəfərdən ibarət olacaq, lakin bu hələ dəqiqləşməyib. O qeyd edib ki, yaxın zamanda ölkədəki gərgin vəziyyət stabilliyə doğru dəyişəcək.