Bakı. Trend:
Banqladeşdə baş verən kütləvi iğtişaşlarda həyatını itirənlərin sayı 560 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində həlak olanların sayı 232 nəfər təşkil edirdi.
Xatırladaq ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində kütləvi etirazlar başlayıb. Etirazçılar 1971-ci ildə müstəqillik müharibəsində iştirak edənlərin qohumları üçün iş kvotalarının ləğvini tələb edir.
Əvvəlcə dinc xarakterli başlayan aksiyalar sonradan 170-dən çox insanın ölümü ilə nəticələnən iğtişaşlara çevrilib. Hökumət isə buna cavab olaraq paytaxtda komendant saatı tətbiq edib, rabitə əlaqəsini kəsib və televiziya kanallarını bağlayıb. İyulun 21-də Banqladeş Ali Məhkəməsi əksər iş yerləri üzrə kvotaları ləğv edib.