...

Aİ Macarıstanın viza siyasətinə təsir edə bilməyəcək - KİV

Dünya xəbərləri Materials 10 Avqust 2024 13:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Macarıstanın Rusiya və Belarus vətəndaşlarına ikiillik vizalar verməsini dayandırmaq üçün Budapeştə çətin ki, təzyiq göstərə bilsin.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir. Bu səbəbdən rəsmi Brüsselin Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq etməsi çətin məsələdir”, - məlumatda qeyd olunub.

KİV yazır ki, nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının viza siyasəti məsələlərində Macarıstana həqiqətən təsir etmək imkanı yoxdur.

Xatırladaq ki, Macarıstan Rusiya və Belarus vətəndaşları da daxil olmaqla, uzunmüddətli vizaların alınması üçün tələbləri yumşaltmaq qərarına gəlib. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu addımla bağlı izahat istəyib. Latviya Prezidenti Edqars Rinkeviç isə Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbi ilə çıxış edib. İndi Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğusuna Budapeştdən cavab gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti