Bakı. Trend:
Yaponiyaya yaxınlaşan "Ampil" qasırğası ölkənin nəqliyyat sistemində fasilələrə səbəb olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, All Nippon Airways və Japan Airlines aviakompaniyaları cümə günü Tokio hava limanlarında 654 daxili və beynəlxalq uçuşu ləğv edib.
Məlumata görə, uçuşların ləğvi və gecikmələr Osakanın Tyubu və Kansay bölgələrindəki hava limanlarınin işinə da təsir göstərib.
Bundan başqa, Tokio və Naqoya şəhərləri arasında sürət qatarlarının hərəkəti dayandırılıb. Yaponiya paytaxtında Todzay metro xəttində hərəkət məhdudlaşdırılıb.
Əlverişsiz hava şəraiti səbəbindən, həmçinin Tokyo Disneyland bağlanıb.