Bakı. Trend:
Tariyə departamentinin polis komandiri Xose İllanes daha 18 nəfərin yaralandığını bildirib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Boliviyanın cənubunda avtobusun qaya ilə toqquşması nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə Tariyə departamentinin polis komandiri Xose İllanes məlumat verib.
“Təəssüf ki, 14 nəfər həlak olub, 18 nəfərə hadisə yerinə gələn yanğınsöndürənlər, polis və təcili yardım maşınları tərəfindən tibbi yardım göstərilib”, - ABI onun sözlərini sitat gətirib.
İlkin məlumatlara görə, qəza əyləclərin nasazlığı səbəbindən baş verə bilər. Santa Kruz şəhərinə gedən avtobusda sərnişinlərdən başqa iki sürücü və onların köməkçisi də olub. Zərərçəkənlər Tariyə xəstəxanasına aparılıb.
Boliviya prezidenti Luis Arse həlak olanların ailələrinə başsağlığı verib. "Biz bu dəhşətli hadisəyə səbəb olan səbəblərin araşdırılmasına göstəriş verdik" - o X hesabında qeyd edib.