Bakı. Trend:
Suriya Prezidenti Bəşər Əsəd Suriya ərazisinə daxil olmaq istəyən fələstinlilərdən tələb edilən vizanın ləğvi barədə fərman imzalayıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, sözügedən qadağa 2022-ci ildən tətbiq edilirdi.
Qeyd edilir ki, Livan və digər ərəb ölkələrindən fərqli olaraq Suriya dövləti fələstinlilərə öz vətəndaşları kimi bərabər hüquqlar verib.