Bakı. Trend:
Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Zəlzələ ocağı 39 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda olub” – məlumatda deyilir.
Dağıntı və tələfat yoxdur.