Bakı. Trend:
Fransa məhkəməsi "Telegram" mesencerinin təsisçisi Pavel Durovun həbs müddətini uzadıb.
Trend xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.
Məlumata görə, Fransada sorğu-sual üçün ilkin həbs müddəti maksimum 96 saat davam edə bilər.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.
Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.
Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.