Bakı. Trend:
İsrail, ABŞ, Misir və Qətər rəsmilərinin Qəzzada atəşkəslə bağlı əlavə danışıqlar aparmaq üçün bu gün Dohada görüşdüyü bildirilir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edək ki, görüşün “işgüzar səviyyədə” atəşkəs danışıqları olduğu bildirilib.
Xatırladaq ki, avqustun 26-da Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqların Qahirədə keçirilən növbəti raundu nəticəsiz başa çatıb.
Məlumata görə, Qahirədəki danışıqlar “konstruktiv olub, yekun və işlək razılaşma əldə edilməsi ruhunda keçirilib və bütün tərəflər bu fikri bölüşüblər”.