Bakı. Trend:
Qəzza zolağında altı nəfərin cəsədinin tapılmasından sonra on minlərlə insan Təl-Əviv və Qüds küçələrinə axışaraq HƏMAS ilə girovların azad edilməsinə dair razılıq əldə olunmasını tələb edib.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.
Məlumata əsasən, Təl-Əvivdə on minlərlə insan İsrailli girovların azad edilməsi üçün HƏMAS ilə razılığın əldə olunması tələbi ilə küçələrə axışıb.
Qeyd edilib ki, bu, 7 oktyabr 2023-cü ildə Fələstin anklavında döyüşlərin başlamasından bəri ən böyük etiraz aksiyası ola bilər.