...

Rusiyada daha bir general saxlanılıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2024 17:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının İstintaq Komitəsi Leninqrad Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumindjanova qarşı “Xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açıb.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq Komitəsi hadisənin səbəblərini araşdırarkən onu da müəyyən edib ki, generalın və onun qohumlarının Moskva və Voronejdə ümumi dəyəri 120 milyon rubldan çox olan daşınmaz əmlakları var.

Leninqrad Hərbi Dairəsinin rəis müavini artıq saxlanılıb və araşdırılmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti