Bakı. Trend:
Ukraynada 4 nazir istefa ərizəsi yazıb.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.
Ərizələr Ali Rada tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.