...

Fransanın sabiq baş naziri növbəti prezident seçkilərində namizəd olacağını açıqlayıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2024 14:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Lö Havr şəhərinin meri, sabiq Baş nazir Eduard Filip 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açılqayıb.

Trend xəbər verir ki, E.Filip təkliflərinin kütləvi xarakter daşıyacağını və hər şey üçün fransızların qərar verəcəklərini bildirib.

E.Makronun sabiq baş naziri namizədliyini açıqlasa da, hələ proqramını dəqiqləşdirməyib.

“Hər səhər özümə “etiketim nədir” sualını verməyə çalışmıram. Düşünürəm ki, siyasətdə özümüzü etiketimizin əsiri kimi hiss etsək, dustaq kimi olar və çox uzağa gedə bilmərik”,-deyə E. Filip “Le Point” jurnalına müsahibəsində qeyd edib.

Eduard Filipp mövcud siyasi vəziyyətlə bağlı dörd təhlükə barədə danışıb - demokratik təhlükə, düzgün qiymətləndirilməyən büdcə təhlükəsi, fəaliyyətsizlik və təhlükəsizlik təhlükəsi. E. Filip deyib: “Biz özümüzü aldadırıq ki, bundan sonra da davam edə biləcəyik. Borc götürək, çünki zəngin, sabit ölkəyik və hamı bizə güvənir”. O, təhsil, ekologiya və ya mənzil kimi vacib mövzuları unutduran hərəkətsizlik riski, ictimai qayda və təhlükəsizlik amilləri barədə də danışıb.

Xəbər lenti

Xəbər lenti