Bakı. Trend:
Böyük Britaniya Kraliçası II Yelizavetanın (1952-2022) anadan olmasının yüz illiyi münasibətilə 2026-cı ildə Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsinin açılışı olacaq.
Bu barədə Trend The Daily Mirror-a istinadən məlumat verir. Nəşrin məlumatına görə, abidənin yaradılması üzərində əlahəzrətin keçmiş şəxsi katibi Robin Cenvrinin rəhbərlik etdiyi xüsusi komitə işləyir. Sent Ceyms Parkda abidənin ucaldılması planlarının gələn həftə sonu - Kraliçanın ölümündən düz iki il sonra rəsmən elan ediləcəyi gözlənilir.
II Yelizaveta 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində ən uzun müddətli padşahlığı ilədə tarixə düşüb - 70 il 7 ay. Onun böyük oğlu Şahzadə Çarlz III yeni monarx oldu. Onun tacqoyma mərasimi keçən il mayın 6-da Londondakı Vestminster Abbeyində keçirilib.